• cümə, 19 Aprel, 20:47
  • Baku Bakı 24°C

Onunla heç vaxt problem yaşamayıb, hətta pul üstündə də

29.05.19 12:30 742
Onunla heç vaxt problem yaşamayıb, hətta pul üstündə də
"Real”ın prezidenti Florentino Peres Kriştinao Ronaldo haqda danışıb.
Kaspi.az xəbər verir ki, Peres Ronaldonun "Yuventus”a keçidinə də toxunub. O, portuqal futbolçu ilə heç vaxt problem yaşamadığını da bildirib:
"Düşünürəm ki, Ronaldo başa düşdü ki, ona yeni çağırış lazımdır. O, gedəcəyini Çempionlar Liqasındakı qələbədən sonra elan etdi.
Amma hesab edirəm ki, o, bu barədə daha əvvəl də düşünürmüş. "Real”da oynadığı 9 il müddətində onunla heç bir problemimiz olmadı. Hətta pul üstündə də.
Hesab edirəm ki, o, "Real”a gətirdiyim ən yaxşı futbolçudur. Onunla həmişə əla münasibətlərim olub. Bir-birimizi yaxşı başa düşmüşük”.
banner

Oxşar Xəbərlər