• çərşənbə axşamı, 16 aprel, 10:06
  • Baku Bakı 14°C

Onun yerinə ya Mourinyonu dəvət edəcəklər, ya da...

05.02.19 13:15 572
Onun yerinə ya Mourinyonu dəvət edəcəklər, ya da...
"Bavariya” "Bayer”ə məğlub olduqdan sonra klub rəhbərliyi yenə də müzakirələrə başlayıb.
Kaspi.az xəbər verir ki, rəhbərlik bu məğlubiyyətdən sonra yeni baş məşqçi məsələsini gündəmə gətiriblər. Almaniya mətbuatı iddia edir ki, Münhen nəhənginin idarəçiləri Niko Kovaçla uğur qazanmağın perspektivinə şübhə ilə yanaşırlar.
Onun yerinə isə iki əsas namizəd var. Bunlardan biri Joze Mourinyo, digəri isə Xulen Lopeteqidir. Hazırda hər iki məşqçi işsizdir. Kovaç istefaya göndəriləcəyi təqdirdə, "Bavariya” bu iki məşqçi ilə danışıqlar aparacaq.
"Bavariya” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb və lider Dortmund "Borussiya”sından 7 xal geri qalır.
banner

Oxşar Xəbərlər