Onun yerinə ya Mourinyonu dəvət edəcəklər, ya da...
"Bavariya”
"Bayer”ə məğlub olduqdan sonra klub rəhbərliyi yenə də müzakirələrə başlayıb.
Kaspi.az xəbər
verir ki, rəhbərlik bu məğlubiyyətdən sonra yeni baş məşqçi məsələsini gündəmə
gətiriblər. Almaniya mətbuatı iddia edir ki, Münhen nəhənginin idarəçiləri Niko
Kovaçla uğur qazanmağın perspektivinə şübhə ilə yanaşırlar.
Onun yerinə isə
iki əsas namizəd var. Bunlardan biri Joze Mourinyo, digəri isə Xulen
Lopeteqidir. Hazırda hər iki məşqçi işsizdir. Kovaç istefaya göndəriləcəyi təqdirdə,
"Bavariya” bu iki məşqçi ilə danışıqlar aparacaq.
"Bavariya”
turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb və lider Dortmund
"Borussiya”sından 7 xal geri qalır.