• çərşənbə axşamı, 16 aprel, 17:14
  • Baku Bakı 19°C

Onun transferini Zidanın keçidi ilə müqayisə etdi

11.09.17 13:30 1373
Onun transferini Zidanın keçidi ilə müqayisə etdi
Məşhur futbol agenti Mino Rayola Neymarın PSJ-yə transferi barədə danışıb.
Kaspi.az xəbər verir ki, Rayola transfer bazarındakı duruma da münasibət bildirib. O, Neymarın PSJ-yə transferini Zidanın "Yuventus”dan "Real”a keçidi ilə müqayisə edib:
"Mən transfer bazarında qəribə heç nə görmürəm. İndi hər kəs Neymarın PSJ-yə keçidindən danışır. Ancaq məsləhət görərdim ki, Zidanın "Real”a transferini xatırlayardılar.
Bütün məqamları - sponsorları, infilyasiyanı nəzərə alsaq, bahalı transferlərdə qeyri-adi heç nə yoxdu. Onu da qeyd edim ki, "Barselona” Neymarın alınmasına da xeyli vəsait xərcləmişdi”.
Zidan 2001-ci ildə "Yuventus”dan "Real”a 75 milyon avro qarşılığında transfer edilmişdi.
banner

Oxşar Xəbərlər