• cümə, 29 Mart, 02:07
  • Baku Bakı 7°C

Onun təqdimatını 85 milyon insan izləyib

12.09.17 15:40 1440
Onun təqdimatını 85 milyon insan izləyib
PSJ-in prezidenti Nasser Əl-Xələfi Neymarın təqdimat mərasimindən danışıb.

Kaspi.az xəbər verir ki, Əl-Xələfi Braziliyada təqdimat mərasimini televiziya vasitəsilə izləyən insanların sayını eşitdikdə, dəhşətli dərəcədə təəccübləndiyini bildirib. O, bu rəqəmi proqnozlaşdırmaqda çətinlik çəkdiyini vurğulayıb:

"Mən "Globo TV”-in sahibi ilə danışdım. O, mənə dedi ki, proqnozlaşdır görüm, Neymarın təqdimat mərasimini Braziliyada nə qədər insan izləyib.

Mən əvvəlcə 5 milyon dedim. Sonra bu rəqəmi 10 milyona qaldırdım. O, mənə deyəndə ki, mərasimi 85 milyon insan izləyib, dəhşətli dərəcədə təəccübləndim”.

PSJ Neymarı 222 milyon qarşılığında "Barselona”dan transfer edib.
banner

Oxşar Xəbərlər