• cümə, 19 Aprel, 06:35
  • Baku Bakı 13°C

Onun qovulmasına haqq qazandırdı

14.06.18 14:00 778
Onun qovulmasına haqq qazandırdı
İspaniya yığmasının və "Barselona”nın sabiq futbolçusu Xavi Xulen Lopeteqinin qovulmasına münasibət bildirib.
Kaspi.az xəbər verir ki, Xavi federasiyanın düzgün qərar verdiyini deyib. O, yığma komandanın yeni baş məşqçisi Yerro haqda da danışıb:
"Lopeteqi barədə verilən qərar çoxlarına tələsik, gözlənilməz və yersiz görünə bilər. Ancaq Rubiales məsələyə çox məntiqli reaksiya verdi. O, federasiyanı düşündü və göstərdi ki, federasiya ayrı-ayrı şəxslərdən üstün olmalıdır.
"Real”ın addımını şərh etmək istəmirəm. Ancaq deməliyəm ki, federasiya və onun prezidenti düzgün addım atıblar. Yerro yığma komanda ilə işləmək üçün yaxşı hazırlaşdırılıb. O, 2010-cu ildə də bizə çox kömək etmişdi”.
İspaniya yığmasının baş məşqçisi Xulen Lopeteqi "Real”la müqavilə bağladığı üçün DÇ-nin başlamasına 2 gün qalmış postundan qovulmuşdu. Onun yerinə Fernando Yerro təyin olunub.
banner

Oxşar Xəbərlər