• cümə, 29 Mart, 11:04
  • Baku Bakı 5°C

Onun qara ciyəri “qara bazar”dan alınıb?

05.07.18 13:25 612
Onun qara ciyəri “qara bazar”dan alınıb?
"Barselona”nın sabiq futbolçusu Erik Abidala köçürülən qara ciyərin "qara bazar”dan əldə edildiyi ilə bağlı iddia yayılıb.
Kaspi.az xəbər verir ki, "Barselona”nın sabiq prezidenti Sandro Rossel bu məsələdə ittiham olunur. Mətbuatda yayılan bu iddiaya klub və futbolçu münasibət bildirib. "Barsa”nın məsələ ilə bağlı yaydığı açıqlamada deyilir:
"Erik Abidala orqan köçürülməsi ilə bağlı yayılan məlumat tamamilə əsassızıdır. Bu məlumatı Abidal da, Barselonadakı klinika da təkzib edir”.
Erik Abidal özü də "tvitter”də yazdığı statusda məsələyə belə münasibət bildirib:
"Mənə köçürülən qara ciyərin "qara bazar”dan əldə edilməsi ilə bağlı yayılan məlumata münasibət bildirmək məcburiyyətindəyəm. Mənim donorum əmim oğlu Jerar olub.
Məhz o, qara ciyərinin bir hissəsini verərək, həyatımı xilas edib. Buna görə ona həmişə minnətdar olacağam. Bütün tibbi sənədlərdə bunlar hamısı qeyd olunub”.
Abidala qara ciyər 2011-ci ildə köçürülüb. O, hazırda "Barselona”da texniki katib vəzifəsində çalışır.
banner

Oxşar Xəbərlər