• çərşənbə axşamı, 23 aprel, 20:11
  • Baku Bakı 20°C

Onun Mourinyo ilə münasibətləri pozulub

16.03.18 12:25 825
Onun Mourinyo ilə münasibətləri pozulub
"Çelsi”nin sabiq futbolçusu Adrian Mutu "Mançester Yunyted”dəki durum barədə danışıb.
Kaspi.az xəbər verir ki, Mutu "Telekom Sport Romania”nın efirində sulları cavablandırarkən, Mourinyonun oyun fəlsəfəsi barədə danışıb. O, portuqal mütəxəssislə İbrahimoviçin münasibətləri barədə də məlumatlı olduğunu deyib:
"Mourinyonun oyun fəlsəfəsi məni təəccübləndirmir. O, heç vaxt baxımlı futbol oynatmayıb. Onu həmişə nəticə düşündürüb.
Mənə verilən məlumata görə, İbrahimoviç zədəli deyil. Onun Mourinyo ilə münasibətləri pozulub”.
İbra ağır zədədən sonra ötən ilin noyabr ayında meydana qayıtmışdı. Ancaq sonradan onun yenə də zədə aldığı bildirildi. Martın əvvəlində Mourinyo İbranın yayda MY-ni tərk edəcəyinə işarə vurmuşdu.
banner

Oxşar Xəbərlər