Onun məşqləri darıxdırıcıdır

Onun məşqləri darıxdırıcıdır

İdman
23 Yanvar 2020, 13:22 1488
 "Tottenhem”in futbolçuları baş məşqçi Joze Mourinyodan narazıdırlar. 
 
Kaspi.az xəbər verir ki, futbolçuları narazı salan məqam portuqal mütəxəssisin məşqləridir. Futbolçular onun məşqlərinin darıxdırıcı olduğunu bildirirlər. 
 
Mourinyo məşqlərdə uzun ötürmələrə daha çox diqqət ayırır. Futbolçular isə hesab edirlər ki, belə məşq üslubu daha aşağı liqalar üçündür. "Tottenhem”in oyunçuları sabiq baş məşqçiləri Poçettinonun məşqlərinin daha maraqlı olduğunu bildiriblər. 
 
Mourinyo Poçettinonu ötən ilin noyabrında əvəzləyib.