• cümə, 29 Mart, 19:55
  • Baku Bakı 14°C

“Onun ölümündən təsirlənmədim, hər gün minlərlə uşaq ölür”

06.03.18 13:50 796
“Onun ölümündən təsirlənmədim, hər gün minlərlə uşaq ölür”
PSJ-nin futbolçusu Dani Alves "Fiorentina”nın kapitanı David Astorinin ölümü barədə danışıb.
Kaspi.az xəbər verir ki, Alves Astorinin ölümündən çox də təsirlənmədiyini bildirib. O, hər gün dünyada minlərlə uşağın öldüyünü vurğulayıb:
"Mən onun ölümündən çox da təsirlənmədim. Onu yaxşı tanımırdım. Sadəcə, onun ailəsinə görə məyusam. Hesab edirəm ki, David bu nizamsız dünyada üzərinə düşən işi gördü. İndi o, daha yaxşı dünyadadı.
Ancaq nəzərə almaq lazımdı ki, dünyada hər gün minlərlə uşaq acından ölür. O uşaqlara da diqqət ayırmaq lazımdı”.
Astori martın 3-dən 4-nə keçən gecə ürək tutmasından vəfat edib.
banner

Oxşar Xəbərlər