• şənbə, 20 Aprel, 18:09
  • Baku Bakı 24°C

Onun işi anti-Azərbaycan təbliğatı aparmaqdan ibarətdir

16.10.18 18:52 628
Onun işi anti-Azərbaycan təbliğatı aparmaqdan ibarətdir
Qalmaqallı Leyla Yunus mühacirətə getdikdən sonra da müxtəlif platformalardan istifadə edərək hər zaman Azərbaycana qarşı yalan, böhtan və qərəz dolu çıxışlar edir. Onun Avropadakı erməni şəbəkəsi ilə əlaqəli olması heç kimə sirr deyil. Azərbaycanda olarkən "hüquq müdafiəçisi” statusundan istifadə edən bu şəxsin "sülh və demokratiya” pərdəsi altında "siyasi məhbus” alveri etməsi də hər kəsə bəllidir. Məhz bu pullar hesabına Hollandiyada özünə mənzillər alan Leyla Yunus çağırıldığı hər yerdə Azərbaycana hədəf alır. O, bu dəfə Rusiyanın "Nastoyaşee Vremya” telekanalına müsahibəsi zamanı Azərbaycanda "gördüyü işlər” və "layihələr” barədə sərsəm fikirlərini səsləndirib. Bəs görəsən Leyla Yunus bu addımları ilə nəyə nail olmaq istəyir?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, hüquqşünas Çingiz Qənizadə bildirdi ki, Leyla Yunusun məqsədi bəllidir və o, Azərbaycanla bağlılığı olmayan bir adamdır: "O, heç vaxt Azərbaycan dövlətini, hakimiyyətini, xalqını qəbul etməyib. Leyla Yunus Azərbaycanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, istər ulu öndər Heydər Əliyevin vaxtında, istər prezident İlham Əliyev dövründə, istərsə də ondan əvvəlki Mütəllibov, Elçibəy dönəmlərində heç bir halda dövləti, onun rəsmilərini sevən bir insan olmayıb. Onun yeganə məqsədi varlanmaq olub. Bunu da qeyri-hökumət təşkilatı olaraq xaricdən müəyyən maliyyə vəsaiti almaqla, onların sifarişi əsasında Azərbaycana, onun siyasi rəhbərliyinə, hakimiyyət qollarına böhtan atmaqla həyata keçirib. Beləliklə də həmin maliyyə mənbələrini öz məqsədi üçün istifadə edib. Bilirik ki, hələ burada olarkən xaricdən aldığı qrantlar hesabına bir neçə mənzil, ofis alıb. Bu faktı vaxtı ilə digər vətəndaş cəmiyyəti institutlarının rəhbərləri də qeyd etmişdilər”.
Ç.Qənizadə əlavə etdi ki, Azərbaycan-Rusiya münasibətlərinin dostluq istiqamətində artan inkişafı Ermənistanı narahat etdiyi kimi, erməniləri sevən Leyla Yunus kimilərini də narahat etməyə başlayıb: "Onlar erməni dostlarının, qardaşlarının siyasi xəttinə uyğun olaraq Azərbaycanla Rusiya arasında hansısa bir formada şübhə toxumu səpmək, nifaq salmaq yolunu tutublar. İndi də Leyla Yunus Rusiyanın hansısa bir mətbuat orqanında Azərbaycanda müstəqil məhkəmə hakimiyyətinin, mətbuatın, qeyri-hökumət təşkilatının olmaması ilə bağlı yalan, iftira və böhtan dolu fikirlərini bildirir. Məqsəd aydındır, hədəf Azərbaycan dövlətidir, siyasi hakimiyyətidir, xalqımızdır. Çünki Azərbaycan siyasi hakimiyyətini xalq formalaşdırır. Bu adamın yeganə məqsədi Azərbaycan dövləti və xalqına qarşı qarayaxma kampaniyasında iştirak etməklə, xaricdən daha çox maliyyə vəsaiti almaq və özünün şəxsi varidatını artırmaqdır”.

Hüquqşünas Sahib Məmmədov da bildirdi ki, hazırda Leyla Yunusun işi anti-Azərbaycan təbliğatı aparmaqdan ibarətdir: "O azadlığa buraxılarkən bilinirdi ki, mühacirətə gedən kimi məhz Azərbaycana qarşı fəaliyyətlə məşğul olacaq. Ölkədə olanda belə, bizə düşmən qüvvələrə bağlı adam idi. Əslində mediada dönə-dönə bu məsələyə toxunulub. Azərbaycana qarşı müəyyən qüvvələr var ki, planlı şəkildə iş aparırlar. O cümlədən erməni şəbəkəsinə bağlı olan qrupların bu istiqamətdə fəaliyyəti var. Leyla Yunus da bu istiqamətdə fəaliyyət göstərir. Bir müddət əvvəl Brüsseldə Avropa Parlamentində Azərbaycanı xüsusilə iki məsələdə ittiham edirdi. Bunlardan biri keçmiş Şaumyan rayonunun 8 kəndindən ermənilərin deportasiya olunması məsələsi idi. Bu hadisə SSRİ dövründə baş verib. Digər məsələ isə Tərtərdə cəbhə boyu ərazilərdə həm hərbiçilər, həm də mülki əhali arasında xəyanət edənlərlə bağlı idi. Yəni belə deyək ki, erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunan bir qrup şəxs həbs edilmişdi. Leyla Yunusda bu şəxslər barədə tam müfəssəl məlumat var idi. Görünür bu məlumatları erməni xüsusi xidmət orqanları ötürüb. Leyla Yunus onların müdafiəsini həyata keçirirdi. Buradan da açıq şəkildə görünür ki, Leyla və Arif Yunusların məqsədi ermənilərin azərbaycanlıları dünyaya "vəhşi” obrazını yaratmaq siyasətini təbliğ etməkdir. Onlar Azərbaycanı qeyri-demokratik, insan haqlarının pozulduğu bir məkan kimi tanıtmağa çalışırlar. Yunuslar bununla ermənilərin beynəlxalq aləmdə üstün mövqeyini təmin etmək istəyirlər”.
S.Məmmədov vurğuladı ki, Leyla Yunusdakı nifrət hissi onu xəstə edib: "O belə hesab edir ki, Azərbaycana sanksiyalar tətbiq olunmalıdır, beynəlxalq aləmdən izolyasiya edilməlidir. Bununla da Azərbaycan Qarabağı güzəştə getməlidir. Bu səbəbdən də Avropa institutlarını ittiham edir ki, Azərbaycana qarşı sanksiyalar tətbiq etmirlər. Amma bu Leyla Yunusun arzusundan başqa bir şey deyil. Hər halda, Avropa və Amerika hansı siyasəti həyata keçirməsini Leyla ilə məsləhətləşməli deyil”.

BƏXTİYAR

banner

Oxşar Xəbərlər