• cümə, 29 Mart, 00:24
  • Baku Bakı 7°C

Onun evində oldum, dilə tutdum - Venger

05.05.17 13:55 1118
Onun evində oldum, dilə tutdum - Venger
"Arsenal”ın baş məşqçisi Arsen Venger hələ ötən il "Monako”nun hücumçusu Kilian Mbappe ilə görüşüb.
Kaspi.az xəbər verir ki, Venger hücumçunu "Arsenal”a keçmək üçün dilə tutub. Bu haqda məlumatı mütəxəssis özü verib:
"Kilianın özündən soruşun, ötən il onun evində oldum, "arsenal”a keçmək üçün dilə tutdum. Həmin vaxt onun müqaviləsi bitirdi. Ancaq "Monako” Kilianı saxlamağı bacardı.
Biz onu transfer etməyə çox yaxın idik. Ancaq onun qərarını da anlayışla qarşılayıram. Axı Kilian "Monako”da böyüyüb, püxtələşib. İndi isə Mbappe hara istəsə - "Real”a, "Barselona”ya, "Arsenal”a, "Mançester Yunayted”ə keçə bilər”.
Mbappe bu mövsüm "Monako”nun heyətində 39 oyun keçirib, 24 qol vurub, 11 qol ötürməsi edib.
banner

Oxşar Xəbərlər