• cümə axşamı, 28 mart, 22:51
  • Baku Bakı 13°C

Onun ən yaxşı seçilməsi narazılıq yaradıb

25.07.17 12:50 1214
Onun ən yaxşı seçilməsi narazılıq yaradıb
"Real”ın alman futbolçusu Toni Kroosun agenti Folker Ştrut Almaniyada mövsümün futbolçusunun düzgün seçilmədiyindən narazılıq edib.
Kaspi.az xəbər verir ki, "Kicker” nəşrinin keçirdiyi sorğuda "Bavariya”nın müdafiəçisi Filip Lam qalib gəlmişdi. Folker iddia edir ki, mövsümün ən yaxşı futbolçusu Toni Kroosdu:
"Mən səsvermənin nəticəsindən çox təəccüblənmişəm və təhqir olunmuşam. Heç bir şübhəm yoxdur ki, karyerasını bitirən Lam Almaniya futbolunun inkişafı üçün çox iş görüb. Ancaq səsvermə nəticəsində həqiqətən də layiq olan qalib gəlməliydi. Layiq olan isə təbii ki, Kroos idi”.
Mövsümün ən yaxşı futbolçu Almaniya İdman Jurnalistləri Assosiasiyasının üzvləri arasında keçirilən sorğuda müəyyənləşib.
banner

Oxşar Xəbərlər