Onun cəzalanması heç kimi təəccübləndirməməlidir
"Barselona”nın baş məşqçisi Luis Enrike Neymarın cəzalanmasına
münasibət bildirib.
Kaspi.az xəbər verir ki, Neymar "Malaqa” ilə oyunda qırmızı vərəqə
alaraq, meydanı tərk edərkən, ehtiyat hakimi ironik şəkildə alqışlayıb. Buna
görə də onu 3 oyunluq cəzalandırıblar. Enrike bildirib ki, Neymarın cəzalanması
onu qətiyyən təəccübləndirməyib:
"Məni daha çox Dortmundda baş verən hadisə məyus etdi. Neymarın
cəzalanması isə heç kimi təəccübləndirməməlidir.
Bir çox hadisələri nəzərə alsaq, Neymarın cəzalanması aydın olar. Elə
ona görə də mən təəccüblənmədim”.
Neymar "Real Sosyedad”, "Real” və "Osasuna” ilə oyunları buraxmalı
olacaq.