• şənbə, 20 Aprel, 11:32
  • Baku Bakı 14°C

Onun cəzalanması gənclərə dərs olmalıdır

30.01.19 11:30 641
Onun cəzalanması gənclərə dərs olmalıdır
"Vest Hem”in futbolçusu Samir Nəsri antidopinq qaydalarını pozduğu üçün cəzaya məruz qalması barədə danışıb.
Qeyd edək ki, 206-cı ilin dekabrında Nəsrinin orqanizmində qadağan olunmuş maddə aşkarlanmışdı. Kaspi.az xəbər verir ki, Nəsri gənclərə antidopinq qaydalarını bilməyi tövsiyə edib:
"Ailəmlə istirahətdə olarkən xəstələndim. Boğazım, başım ağrıyırdı. Ona görə də dostumdan xahiş etdim ki, mənə həkim tapsın. O, mənə Sevilyadakı klinikanı məsləhət gördü.
Mən antidopinq qaydalarını bilmirdim. Bu, bütün gənc futbolçular üçün dərs olmalıdır. Heç vaxt dopinq qəbul etməmişəm. Ancaq bu qaydaları bilmədiyim üçün də cəzaya məruz qalmışam. Gənclər bu qaydalardan xəbərdar olmalıdırlar”.
Nəsri "Vest Hem”lə ötən ilin dekabrında anlaşıb. Müqavilə bu mövsümün sonuna qədər nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər