• şənbə, 20 Aprel, 19:08
  • Baku Bakı 24°C

Onun başına bir iş gəlsə...

27.12.13 08:14 1419
Onun başına bir iş gəlsə...
“Türkiyə şərtləri” deyə, gülünc bir vəziyyət var. Avropada hamıya eyni dərəcədə şans verilir, düzgün dəyərləndirmə aparılır. Doğruların görməzdən gəlindiyi və ya fərqli qəbul edildiyi bir ölkədə yaşayırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri tanınmış türkiyəli məşqçi Yılmaz Vural deyib.
Qeyri-adi davranışları, 22 fərqli komanda çalışdırması ilə tanınan 60 yaşlı mütəxəssis yerli mətbuatına müsahibəsində yeni maraqlı açıqlamalar verib. O, Türkiyə yığmasının çalışdırıcısı Fatih Terimlə “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizliyə ilişməyi də unutmayıb: “Məşqçi kimi Fatih Terimdən 150, Mustafa Dənizlidən 200 çox oyuna çıxmışam. Bu yoldaşların başına bir şey gəlsə, sanki futbol ortalıqda qalacaqmış kimi bir sindrom formalaşıb”.
Qeyd edək ki, indiyədək 22 fərqli komanda çalışdıran Yılmaz Vuralın sonuncu iş yeri “Elazığspor” klubu olub.
banner

Oxşar Xəbərlər