• şənbə, 20 Aprel, 11:18
  • Baku Bakı 14°C

Onu yeni macərası A seriyası olacaq?

22.10.19 15:45 692
Onu yeni macərası A seriyası olacaq?
"Los-Anceles Qelaksi”nin futbolçusu Zlatan İbrahimoviç yenidən A seriyasında çıxış edə bilər.
Kaspi.az xəbər verir ki, Zlatanın karyerasını "İnter”də davam etdirmək variantı yaranıb. Onun MLS klubu ilə müqaviləsi qışda başa çatır. İsveçli futbolçu yeni macəra barədə düşünür.
Məlumata görə, hücumçunun agenti Mino Rayola onun xidmətini "İnter”ə təklif edib. İbra İtaliyada "İnter”, "Milan” və "Yuventus”un şərəfini qoruyub. O, bir neçə dəfə bildirib ki, A seriyasına qayıtmağı arzulayır.
İbrahimoviç MLS-də keçirdiyi 56 oyunda 52 qol vurub.
banner

Oxşar Xəbərlər