• şənbə, 20 Aprel, 15:01
  • Baku Bakı 23°C

Onu qovub, bunu, bunu qovub, onu gətirdi

27.09.18 10:20 492
Onu qovub, bunu, bunu qovub, onu gətirdi
"Palermo”nun prezidenti Mauritsio Dzamparini idarəetmə üsulunu dəyişmək niyyətində deyil.
Kaspi.az xəbər verir ki, Dzamparini növbəti dəfə komandanın baş məşqçisini qovub. "Breşiya”ya məğlubiyyətdən sonra Bruno Tedino istefaya göndərilib.
O, komandaya bu ilin iyulundan başçılıq edirdi. Onun yerinə isə Roberto Stellone gətirilib. O Stellone ki, bu ilin iyulunda komandadan qovulmuşdu və onu Tedino əvəzləmişdi.
Dzamparini son 3 ildə 13 məşqçi dəyişikliyinə əl atıb. "Palermo” 5 turdan sonra B seriyasında 7-ci pillədə qərarlaşıb.
banner

Oxşar Xəbərlər