• cümə axşamı, 18 aprel, 12:24
  • Baku Bakı 22°C

Onu istefaya göndərdilər

11.04.17 13:15 776
Onu istefaya göndərdilər
Argentina yığmasının baş məşqçisi Edqardo Bausa istefaya göndərilib.
Kaspi.az xəbər verir ki, buy barədə məlumatı Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia verib. Bausanın istefaya göndəriləcəyi ilə bağlı məlumat hələ ötən həftə yayılmışdı.
O, Argentina yığmasına 2016-cı ilin yayından rəhbərlik edirdi. Yığma onun rəhbərliyi altında cəmisi 8 oyun keçirib, 3 qələbə qazanıb, 2 heç-heçə edib, 3 oyunda isə məğlub olub.
Məlumata görə, Bausanı "Sevilya”nın baş məşqçisi Xorxe Sampaoli əvəz edəcək. Argentina DÇ-2018-in seçmə mərhələsində 14 turdan sonra 5-ci yerdə qərarlaşıb.
banner

Oxşar Xəbərlər