• cümə, 29 Mart, 18:38
  • Baku Bakı 14°C

Onu evdə saxlayıb, 2-3 saatdan bir yedizdirmək istəyir

14.01.19 14:25 534
Onu evdə saxlayıb, 2-3 saatdan bir yedizdirmək istəyir
"Milan”ın baş məşqçisi Cennaro Qattuzo Qansalo İquainin ətrafında yaranan məsələ ilə bağlı açıqlama verib.
Kaspi.az xəbər verir ki, Qattuzo İquainlə xeyli söhbət etdiyini bildirib. Onun dediklərindən belə çıxır ki, argentinalı futbolçu nəyin bahasına olursa-olsun, "Milan”ın tərk etmək niyyətindədir:
"Biz bir-birimizə qarşı münasibətdə dürüstük və nə düşündüyümüzü açıq şəkildə bildiririk. Bu situasiyada da heç kim heç nəyi gizlətmir.
Əgər oyunçu müəyyən qərar qəbul edibsə, onu fikrindən döndərmək çətindir. Hərçənd ki, buna cəhd etmək olar.
Hazırda İquain "Milan”ın futbolçusudur. Ancaq gələcəkdə necə olacağını deyə bilmərəm. Onunla xeyli söhbət etmişəm, ancaq onun "Milan”da niyə xoşbəxt olmadığını müəyyənləşdirə bilməmişəm.
Nəsə etməli olsaydım, onu evdə saxlayıb 2-3 saatdan bir yedizdirərdim. Təəssüf ki, mən bunu edə bilmərəm”.
Müqavilə ilə "Yuventus”a məxsus olan İquain "Milan”da 2018-ci ilin yayından icarə əsasında çıxış edir. Onunla "Çelsi” ciddi maraqlanır.
banner

Oxşar Xəbərlər