• çərşənbə, 24 Aprel, 12:36
  • Baku Bakı 27°C

Onu divarın o üzünə atmaq, ya da asmaq istəyir

17.12.18 12:45 594
Onu divarın o üzünə atmaq, ya da asmaq istəyir
"Nitsa”nın baş məşqçisi Patrik Vieyra Mario Balotelliyə qarşı münasibəti barədə danışıb.
Kaspi.az xəbər verir ki, Vieyra Balotelliyə qarşı qəzəbli olduğunu büruzə verib. Ancaq o, istedadlı bir futbolçunu itirmək istəmədiyini də etiraf edib:
"İş Marioya gəlib çıxanda, onu götürüb hasarın o biri tərəfinə tullamaq, ya da ki, boğazından asmaq istəyirəm. Ancaq bilirəm ki, bunu edə bilmərəm. Mən daha oyunçu deyiləm.
İndi bir şey haqqında danışmazdan əvvəl iki dəfə fikirləşməliyəm. Sözlərimin Balotelliyə necə təsir edəcəyini nəzərə almalıyam. Biz istedadlı bir futbolçunu itirə bilərik.
Nəsə deyib, sonra təəssüflənmək istəmirəm. Bu məsələdə konstruktiv mövqe tutmalıyam”.
Vieyra "Genqam”la oyunun (0:0) 75-ci dəqiqəsində Balotellini əvəzləyib. Bu vaxt onların arasında mübahisə yaşanıb.
banner

Oxşar Xəbərlər