• cümə, 26 Aprel, 00:39
  • Baku Bakı 16°C

Onu DÇ maraqlandırmır, kasıb olmaq istəmir

12.03.18 13:10 764
Onu DÇ maraqlandırmır, kasıb olmaq istəmir
Çinin "Şanxay SİPQ” klubunda çıxış edən braziliyalı Oskar dünya çempionatına yollanmaq perspektivi barədə danışıb.
Kaspi.az xəbər verir ki, Oskar mundiala yollanmamaqdan narahatlıq keçirmədiyini bildirib. O, əsasən pulu düşündüyünü etiraf edib:
"Dünya çempionatına gedib-getməyəcəyimin mənim üçün elə bir fərqi yoxdur. Çinə gəldiyimə görə çoxları məni tənqid edir.
Ancaq məni ailəm və gələcəyim daha çox düşündürür. Qocalanda sadəcə, dünya çempionatının xatirələri ilə yaşayan kasıb birisi olmaq istəmirəm”.
Oskar cari çempionatda 6 oyun keçirib, 7 qol vurub, 3 qol ötürməsi edib.
banner

Oxşar Xəbərlər