• cümə axşamı, 18 aprel, 22:12
  • Baku Bakı 21°C

Onun cəzalandırılmasını tələb edir

15.09.17 13:30 1419
Onun cəzalandırılmasını tələb edir
"Liverpul”un və "Bavariya”nın sabiq futbolçusu Ditmar Hamman Frank Riberinin cəzalandırılmasını tələb edib.
Kaspi.az xəbər verir ki, Riberi Çempionlar Liqasında "Anderlext”lə keçirilən oyunda (3:0) əvəzlənərkən, kəskin etiraz etmiş, formasını soyunaraq yerə atmışdı. Hamman bu hərəkətinə görə onun cəzalanmalı olduğunu bildirib:
"Belə hərəkət yolverilməzdir. Kluba, məşqçiyə, azarkeşlərə, komanda yoldaşına qarşı hörmətsizlik etmək olmaz. Heç bir futbolçu klubdan böyük ola bilməz.
Bu, hər kəsə aydın olmalıdır. Hesab edirəm ki, "Bavariya” bu hərəkətinə görə, Riberini mütləq cəzalandırmalıdır”.
banner

Oxşar Xəbərlər