• cümə axşamı, 25 aprel, 17:44
  • Baku Bakı 23°C

Onu “Bavariya”ya satmayacaqlar

10.04.17 13:35 811
Onu “Bavariya”ya satmayacaqlar
Dortmund "Borussiya”sının rəhbərliyi Pyer-Emerik Obameyanqı satmağa razıdır.
Kaspi.az xəbər verir ki, rəhbərlik hücumçunu əzəli rəqib "Bavariya”ya satmayacaq. Dortmundlular Münhen nəhəngini daha da gücləndirmək niyyətində deyillər. Bu barədə mətbuata verdiyi açıqlamda "Borussiya”nın icraçı direktoru Hans-Yoahim Vatsek məlumat verib:
"Əgər "Real” və ya "Barselona” rəsmi təklif göndərsə, biz onu müzakirə etməyə hazırıq. Ancaq Obameyanqı "Bavariya”ya buraxmayacağıq”.
Qabonlu hücumçunun qüvvədə olan müqaviləsi 2020-ci ilin yayında bitir.
banner

Oxşar Xəbərlər