• çərşənbə axşamı, 16 aprel, 19:30
  • Baku Bakı 18°C

Onu alsalar, “Nyukaslı” çalışdırar

04.05.20 11:33 660
Onu alsalar, “Nyukaslı” çalışdırar
"Tottenhem”in baş məşqçisi Mouriso Poçettino "Nyukasl”ın "sükanı” arxasına keçə bilər.
Kaspi.az xəbər verir ki, bunun üçün argentinalı mütəxəssisin şərti var. O, "Barselona”nın futbolçusu Filippe Koutinonun alınmasını istəyir.
Koutino müqavilə ilə "Barselona”ya məxsus olsa da, icarə əsasında "Bavariya”da çıxış edir. "Nyukasl”ın səhmlərinin Səudiyyə Ərəbistanı fonduna satıldığı bildirilir. Bu fonda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmana məxsusdur. Premyer Liqa rəhbərliyi, hələ ki, tərəflər arasındakı müqaviləni təsdiqləməyib.
banner

Oxşar Xəbərlər