• cümə axşamı, 18 aprel, 23:24
  • Baku Bakı 21°C

Onu almaq istəyirlər, amma “Barsa” ilə razılaşa bilmirlər

12.01.18 13:35 1130
Onu almaq istəyirlər, amma “Barsa” ilə razılaşa bilmirlər
"İnter”in baş məşqçisi Luçano Spalletti "Barselona”nın futbolçusu Rafinya Alkantaranın transferi barədə yayılan məlumata münasibət bildirib.
Kaspi.az xəbər verir ki, Spalletti Rafinya ilə bağlı danışıqlar apardıqlarını etiraf edib. Ancaq o, "Barselona” ilə razılığa gəlməyin də çətin olduğunu vurğulayıb:
"Biz Rafinyanı transfer etmək istəyirik. Ancaq bu, o qədər də sadə deyil. "Barsa” ilə razılığa gəlmək çətindir. Hələ transfer baş tutmayıb, baxmayaraq ki, bir çox mənbələr əksini söyləyir”.
Rafinya ötən ilin aprelindən zədə səbəbindən meydana çıxmır. İtaliya mətbuatı iddia edir ki, bu transfer zamanı futbolçunun tibbi müayinəsinin nəticəsi əsas olacaq.
banner

Oxşar Xəbərlər