• cümə axşamı, 25 aprel, 12:37
  • Baku Bakı 23°C

Onu almaq istəyən 750 milyon avro ödəməlidir

03.08.18 12:15 754
Onu almaq istəyən 750 milyon avro ödəməlidir
DÇ-2018-də Xorvatiya yığmasının heyətində möhtəşəm oyun sərgiləyən Luka Modriçlə bir neçə klub maraqlanır.
Kaspi.az xəbər verir ki, Modriçə görə, "Real”ın fantastik təkliflər aldığı da bildirilir. "Kral klubu”nun prezidenti Florentino Peres məsələ ilə bağlı açıqlama verib. O, Modriçin satış qiymətini də bəyan edib:
"Modriç komandadan yalnız bir halda gedə bilər. Onu almaq istəyən klub 750 milyon avro ödəməlidir”.
Söz-söhbətə görə, Modriçin "İnter”ə keçmə ehtimalı yüksəkdir. "İnter”in futbolçusu Martselo Brozoviç sosial şəbəkədə yazmışdı ki, Modriçin keçidi həll olunub. Ancaq o, daha sonra yazdığını səhifədən silməli oldu.
Modriç DÇ-2018-in ən yaxşı futbolçusu seçilib.
banner

Oxşar Xəbərlər