• cümə axşamı, 28 mart, 22:16
  • Baku Bakı 13°C

Onu 250 minlik avtomobilə minməyə qoymayıb

03.04.19 13:30 610
Onu 250 minlik avtomobilə minməyə qoymayıb
"Mançester Yunayted”in sabiq baş məşqçisi Joze Mourinyo Pol Poqba ilə yaşadığı münaqişə barədə danışıb.
Kaspi.az xəbər verir ki, Mourinyo ad çəkməsə də, bir futbolçunun xahişini rədd etdiyini bildirib. Ancaq açıqlamadan aydın olur ki, portuqal mütəxəssis məhz Poqbanı nəzərdə tutur:
"Mançester 30 km kənarda oyunumuz var idi. Bir futbolçu yaxınlaşıb mənə dedi ki, qarşılaşmadan sonra komanda ilə yox, tək qayıtmaq niyyətindədir.
Mən isə ona dedim ki, əgər oyun Londonda olsaydı, sənə icazə verərdim. Ancaq Mançesterə yaxın yerdə oynadığımızı üçün komanda ilə birgə qayıtmaq məsləhətdir.
Biz həmin qarşılaşmada qalib gəldik. Mən çox xoşbəxt idim. Oyundan sonra həmin oyunçu yenə də yaxınlaşıb məndən icazə istədi. Ona dedim ki, avtobusa otur, hərəkət edək, 10 dəqiqədən sonra sürücüyə deyərsən saxlayar və hara istəsən gedərsən.
Mətbuat konfransından qayıdıb avtobusa minəndə orda "Rolls-Royce” gördüm. Avtomobil təzə idi. Onun sahibi stadionu komandanın avtobusunda yox, məhz bu maşında tərk etmək istəyirdi”.
Poqba 2018-ci ilin əvvəlində 250 min funta "Rolls-Royce” almışdı.
banner

Oxşar Xəbərlər