• çərşənbə, 24 Aprel, 05:20
  • Baku Bakı 14°C

Onu 150 milyondan aşağı satmayacaqlar

15.04.19 15:00 600
Onu 150 milyondan aşağı satmayacaqlar
"Real” "Mançester Yunayted”in futbolçusu Pol Poqbanı transfer etmək üçün səylərini artırır.
Kaspi.az xəbər verir ki, "kral klubu” bu planı asanlıqla reallaşdıra bilməyəcək. "Mançester Yunayted” fransız futbolçunu 150 milyon avrodan aşağı satmaq niyyətində deyil.
Üstəlik, MY-nin baş məşqçisi Sulşer Poqbanı komandanın lideri kimi görür və növbəti mövsümdə oyunu onun üzərində qurmağı planlaşdırır.
Belə qiymət isə "Real”ı qane etmir. MY rəhbərliyi qiymətdə güzəşt etməsə, "Real” rəsmiləri alternativ variantları nəzərdən keçirəcəklər.
Məlumata görə, "Real”ın yay transferi üçün büdcəsi 400 milyon avro müəyyənləşdirilib.
banner

Oxşar Xəbərlər