• şənbə, 20 Aprel, 13:24
  • Baku Bakı 23°C

Onu 100 milyona satmağa razıdırlar

02.08.19 11:48 8018
Onu 100 milyona satmağa razıdırlar
"Mançester Siti”nin yarımmüdafiəçisi Leroy Sane bu yay komandanı tərk edə bilər.
Kaspi.az xəbər verir ki, Saneni almağa əsas namizəd "Bavariya”dır. Futbolçu da bu kluba keçməyin əleyhinə deyil.
"Bavariya” ona görə 80 milyon avro təklif etmişdi. Ancaq "şəhərlilər” bununla razılaşmamışdılar. Siti” rəhbərliyi ümumiyyətlə, futbolçunu satmaq niyyətində deyildi.
Ancaq son məlumata görə, "Siti” Saneni satmağa razılaşıb. Amma futbolçuya görə 100 milyon avro tələb edir.
Transfer baş tutsa, Sane "Bavariya” ilə 4-5 illik müqavilə bağlayacaq. Onun illik məvacibinin 20 milyon avro olacağı bildirilir. Belə olacağı təqdirdə, o, komandada ən ödənişli futbolçuya çevriləcək.
banner

Oxşar Xəbərlər