• çərşənbə, 24 Aprel, 08:26
  • Baku Bakı 13°C

Onsuz da inkişaf edəcəklərini iddia edir

17.05.18 10:25 757
Onsuz da inkişaf edəcəklərini iddia edir
"Atletiko”nun baş məşqçisi Dieqo Simeone Avropa Liqasının finalında "Marsel”lə keçirilən oyundan (3:0) sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Simeone əzmkarlıq və intizam hesabına mükafata sahib çıxdıqlarını deyib. O, Antuan Qrizmannla bağlı da danışıb:
"Çox ağır mövsüm oldu. Avropa Liqasındakı qələbə bir tituldan daha artıqdır. Bu qələbə bizim əzmkarlığımızın və intizamımızın göstəricisidir.
"Atletiko” mənim həyatımda vacib yer tutur. Mən burda peşəkar kimi inkişaf etmişəm. Bura həyatımın ən vacib məqamında qayıtdım.
Əgər Qrizmann "Atletiko”da qalacaqsa, daha da inkişaf edəcək. Ancaq gedəcəksə, qorxulu heç nə baş verməyəcək. "Atletiko” Qrizmannsız da inkişafını davam etdirəcək”.
banner

Oxşar Xəbərlər