• şənbə, 20 Aprel, 01:46
  • Baku Bakı 15°C

“Onsuz da, hamı ən yaxşını tanıyır”

21.07.20 14:30 931
“Onsuz da, hamı ən yaxşını tanıyır”
Bu il "Qızıl top” mükafatı verilməyəcək.
Kaspi.az xəbər verir ki, "France Football” bütün turnirlərin keçirilmədiyini nəzərə alaraq, bu il sorğu keçirməyəcək. "Barselona” klubu nəşrin bu qərarına münasibət bildirib.
Klubun "tvitter” səhifəsində məsələ ilə bağlı paylaşım edilib: "Bu qərarı anlayışla qəbul edirik. Onsuz da, hər kəs ən yaxşının kim olduğunu bilir”.
"Barselona”nın səhifəsində Lionel Messinin 6 "Qızıl top”la şəkli də yerləşdirilib. Leo bu mövsüm bütün turnirlərdə 42 oyun keçirib, 30 qol vurub, 26 qol ötürməsi edib.
banner

Oxşar Xəbərlər