• cümə axşamı, 25 aprel, 09:47
  • Baku Bakı 14°C

“Onlayn“ jurnalistika problem yaradır - Əflatun Amaşov

06.12.13 12:05 1385
“Onlayn“ jurnalistika problem yaradır - Əflatun Amaşov
Son zamanlarda "onlayn" jurnalistikanın əmələ gəlməsi, ayrı-ayrı xəbər portallarının yaranması və bunların klassik jurnalistikanın missiyasını öz üzərinə götürməsi nəinki Azərbaycanda, bütün dünyada problem yaradır. Bu barədə Trend-ə Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov deyib.
Ə.Amaşov qeyd edib ki, hansı ölkədə jurnalistikanın ümumi səviyyəsi necədirsə, "onlayn" jurnalistikanın da səviyyəsi elə olur: "Dünyanın heç bir yerində "onlayn" jurnalistika qanunvericiliklə tənzimlənmir. Bu da baş verən müəyyən olayların oxuculara qeyri-obyektiv çatdırılması ilə nəticələnir və anlaşılmazlıq yaradır".
Ə.Amaşov hesab edir ki, "onlayn" jurnalistika yalnız peşə davranış qaydalarının prinsipləri ilə tənzimlənə bilər və Mətbuat Şurası bunları nəzərə alıb: "Artıq Mətbuat Şurası "onlayn" jurnalistikanın nümayəndələrinin də Şuranın üzvü olması barədə qərar qəbul edib və 10-dan çox xəbər portalı Şuranın üzvüdür. Biz çalışırıq ki, həmin sahəyə də jurnalistin peşə davranış qaydalarını şamil edək və onlar da müəyyən materiallar hazırlayarkən öz məsuliyyətlərini hiss etsinlər".
MŞ sədri əlavə edib ki, Azərbaycan jurnalistikasında ixtisaslaşma çox zəif formadadır: "Düzdür idman, iqtisadi və hüquq-mühafizə sahələrində müəyyən ixtisaslaşmalar olur, amma tam olaraq Azərbaycan jurnalistikasında ixtisaslaşma hələlik sona qədər aparılmayıb. Ona görə də bu, Azərbaycan jurnalistikasında fikrin insanlara çatdırılmasında maneələr yaradır".
banner

Oxşar Xəbərlər