• cümə, 29 Mart, 04:18
  • Baku Bakı 7°C

Onlayn ifadə azadlığı mədəniyyəti mövzusunda seminar keçirilib

27.05.16 15:30 854
Onlayn ifadə azadlığı mədəniyyəti mövzusunda seminar keçirilib
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) "Müxtəlif kateqoriyadan olan qruplar üçün onlayn ifadə azadlığı mədəniyyəti seminarları” layihəsi çərçivəsində ilk tədbirini keçirib. "Müəllimlər və yuxarı sinif şagirdləri üçün onlayn ifadə azadlığı mədəniyyəti” mövzusunda seminara 20 nəfər müəllim və şagird qatılıb.
Qurumdan verilən xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla Bakıdakı 245 saylı məktəbdə baş tutan seminarda iştirakçılara ifadə azadlığı, onun doğurduğu məsuliyyət məsələləri geniş izah edilib.
Tədbirin açılışında çıxış edən CASCFEN sədri Azər Həsrət bildirib ki, Azərbaycan dövlətinin dəstəyi sayəsində artıq 4-cü ildir davam edən layihənin əsas məqsədi vətəndaşların virtual mədəniyyətini yüksəltməkdir.
Tədbirdə çıxış edən ekspert, "Kaspi” qəzetinin müxbiri Lalə Musaqızı iştirakçılara onlayn ifadə azadlığı, bu sahədə davranış qaydaları, netiket və netizen istilahları haqqında geniş bilgi verib.
Digər ekspert, Bakı Slavyan Universitetinin baş müəllimi, Dr. Nüşabə Hüseynli isə özəlliklə aprel ayında ermənilərlə təmas xəttində baş verən hadisələr zamanı yaşananların internetdə işıqlandırılması zamanı yol verilən səhvlərdən danışıb. O, qeyd edib ki, hər bir vətəndaş belə məsələlərdə daha həssas davranmalıdır.
İştirakçıların fikirlərinin də müzakirə edildiyi seminarın sonunda sertifikatlar təqdim edilib, xatirə şəkli çəkdirilib.
banner

Oxşar Xəbərlər