• cümə axşamı, 18 aprel, 23:32
  • Baku Bakı 21°C

Onların satılmasına etiraz etmir

04.02.19 12:15 495
Onların satılmasına etiraz etmir
Marselo və İsko "Real”ı tərk edə bilərlər.
Kaspi.az xəbər verir ki, hər iki futbolçunun komandanı tərk etmək istəyində olduqları barədə məlumat yayılmışdı. Onların hər ikisi ilə "Yuventus” maraqlanır.
İspaniya mətbuatının məlumatına görə, bu futbolçuların "Kral klubu”nu tərk etməsinə baş məşqçi Santyaqo Solari də etiraz etmir. O, İsko və Marselo olmadan da "Real”ın öz gücünü qoruyacağına əmindir.
Ola bilsin ki, yayda hər iki futbolçu İspaniyadan ayrılsın. Bir müddət əvvəl mətbuatda məlumat yayılmışdı "Yuventus”un futbolçusu Ronaldo sabiq komanda yoldaşı Marselonu İtaliyaya gəlmək üçün dilə tutub.
banner

Oxşar Xəbərlər