• cümə axşamı, 28 mart, 19:26
  • Baku Bakı 13°C

“Onların istefa verməsi də etik normalardan kənardır” - Gülağa Aslanlı

16.10.14 11:53 1195
“Onların istefa verməsi də etik normalardan kənardır” - Gülağa Aslanlı
“Bu adamların istefa verməsi belə etik normalardan kənardır.
Əvvəla, istefa varsa, həmin şəxs özü partiya rəhbərliyi ilə görüşməlidir. Partiya qərargahına gəlməyən, heç kimlə görüşməyən adam istefa verir, sonra da deyir ki, məni çağırmalıdırlar. Bu, hansı məntiqə sığır? O, artıq partiya üzvü deyilsə, biz onunla niyə danışmalıyıq?..”
Bu sözləri APA-ya açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı son günlər partiyada baş verən istefalara münasibət bildirərkən deyib. G. Aslanlı partiyadan istefaların səbəblərinin araşdırıldığını bildirib. O, üzvlərin istefa verməzdən əvvəl partiya rəhbərliyinə problemlərini bildirməməsindən narahatlığını ifadə edib: “İstefa verəcək adamın kimliyini əvvəlcədən müəyyənləşdirmək xeyli çətindir. Xoş üzlə gələn adamın sabah başqa fikirdə olmasını dəfələrlə görmüşük. Ancaq bütün hallarda bu istefaları partiyanın təşkilat şöbəsi araşdırmalıdır. Bundan sonra bu məsələ müzakirə olunaraq münasibət bildirilə bilər. Mən hər gün bildirirəm ki, bütün günü qərargahdayam, istənilən məsələ ilə bağlı müzakirələrə hazıram. Hələ ki mənimlə rəsmi və ya qeyri-rəsmi müraciət edərək nəyisə məsləhətləşmək istəyən adam yoxdur. Əgər kimsə görüşmək istəyib, onunla görüşməmişiksə, qoy açıq şəkildə desin ki, onun dərdini dinləmək istəməmişik”.
G. Aslanlı qurultayın nəticəsi ilə əlaqədar partiyadan ayrılmaq istəyən şəxsləri qurultaydakı pozuntularla bağlı müraciətin nəticəsini gözləməyə və bundan sonra qərar verməyə çağırıb: “Qubad İbadoğlunun şikayəti araşdırılmaq üçün MNTK tərəfindən qəbul edilib və araşdırılır. Yəni, ən azı bu məsələnin nəticəsini gözləsinlər. Əgər kimlərinsə, nə isə düşüncələri varsa, araşdırmanın nəticəsi olmadan onu həyata keçirmək istəyirlərsə, buna hörmətlə yanaşırıq”.
Xatırladaq ki, Müsavat Partiyasının Tovuz rayon təşkilatı tam tərkibdə partiyadan istefa verib.
banner

Oxşar Xəbərlər