• çərşənbə axşamı, 19 mart, 11:04
  • Baku Bakı 8°C

“Onları cəzalandırmaqdan qorxmayın”

23.09.19 15:12 550
“Onları  cəzalandırmaqdan qorxmayın”
FİFA prezidenti Canni İnfantino İtaliya hakimiyyətinə müraciət edib.
Sportinfo.az xəbər verir ki, İnafnatino İtaliya futbolundakı rasizm hərəkətlərindən narahatdır. O, bu ölkədə raszim hallarının artdığını bildirib:
"Rasizmə qarşı mübarizəni təhsil, maarifləndirmə və cəzalandırmaqla aparmaq olar. Cəmiyyətdə və futbolda rasizmə yer olmamalıdır. Ancaq İtaliyada rasizm halları artır.
Günahkarları tapmaq və onları stadionlardan uzaqlaşdırmaq lazımdır. Onları İngiltərədə olduğu kimi cəzalandırmaq vacibdir. Nə qədər ki, dayanmayıblar, siz də onları cəzalandırmaqdan qorxmayın”.
Qeyd edək ki, A seriyasının 4-cü turunda keçirilən "Atalanta” – "Fiorentina” qarşılaşması rasizm hərəkətlərinə görə dayandırılıb. Yerli azarkeşlər "Fiorentina”nın futbolçusu Dalbertanı irqçi şüarlarla təhqir ediblər. Braziliyalı futbolçu hakimə müraciət edib, o da qarşılaşmanı dərhal dayandırıb. Bundan sonra stadionda elan verilib və bir neçə dəqiqədən sonra oyun davam etdirilib.
banner

Oxşar Xəbərlər