• cümə, 29 Mart, 15:14
  • Baku Bakı 14°C

“Onları ancaq itlə gəzinti maraqlandırır”

07.03.18 13:40 753
“Onları ancaq itlə gəzinti maraqlandırır”
Argentina yığmasının sabiq futbolçusu Xuan Rikelme müasir oyunçuların davranışı barədə danışıb.
Kaspi.az xəbər verir ki, Rikelme xüsusən də gənc futbolçuları kəskin tənqid edib. O, gəncləri daha çox meydandakı oyunları yox, imicləri maraqlandırdığını deyib:
"Bizim vaxtımızda futbolçular meydana ona görə çıxırdılar ki, oynamaqdan zövq alsınlar. Mən hər gün öyrənirdim. Bu, mənim üçün prioritet idi.
Ancaq indiki futbolçular... Onları ancaq bərbərə getdikdən sonra necə görünmələri və itlə gəzinti maraqlandırır. Şükür Allaha ki, mən başqa vaxt oynamışam”.
39 yaşlı Rikelme karyerasını 2015-ci ildə bitirib. O, Argentina yığmasında keçirdiyi 54 oyunda 18 qol vurub.
banner

Oxşar Xəbərlər