• cümə, 29 Mart, 16:37
  • Baku Bakı 14°C

Onlar yalan və böhtan xarakterli məlumatlar yayırlar - Müdafiə Nazirliyi

14.12.13 12:58 1090
Onlar yalan və böhtan xarakterli məlumatlar yayırlar - Müdafiə Nazirliyi
Azərbaycan Müdafiə Nazirliyi işdən uzaqlaşdırılan hərbi qulluqçularla bağlı açıqlama yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, son günlər Silahlı Qüvvələrlə bağlı mətbuatda yenə müxtəlif səpkili, qərəzli və çox vaxt həqiqətə uyğun olmayan yazılar dərc olunur: “Əvvəllər Silahlı Qüvvələrdə xidmət edən, tutduqları vəzifələrdə müəyyən şəxsi mənafelər güdməklə nöqsanlara yol verən və bu səbəbdən də ordu sıralarından kənarlaşdırılaraq, xidmətdən təcrid edilmiş bəzi keçmiş hərbi qulluqçular kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yalan və böhtan xarakterli məlumatlar yaymaqla ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışırlar. Bu cür dezinformasiya xarakterli məlumatları yayanlar Silahlı Qüvvələrdə hazırda həyata keçirilən islahat və quruculuq işləri nəticəsində əldə olunmuş uğurlara kölgə salmağa cəhd edirlər”.
Müdafiə Nazirliyi dövlətin ərazisinin, müstəqilliyinin və suverenliyinin qorunmasının əsas təminatçısı olan Silahlı Qüvvələrimizə qarşı yönəlmiş bu kimi kampaniyalara son qoymağa dəvət edir, kütləvi informasiya vasitələrinə hərbi xarakterli məlumatların yayılmasına həssaslıqla yanaşılmasını və dəqiqləşdirildikdən sonra verilməsini tövsiyə edir.
banner

Oxşar Xəbərlər