Onlar tezliklə imzalayacaqlar - O, dünya ikonasıdır
"Barselona” Leonel Messi və Andres İnyesta ilə yeni müqavilə ilə
bağlı danışıqları davam etdirir.
Kaspi.az xəbər verir ki, bu barədə məlumatı "Barsa””nın texniki
direktoru Robert Fernandes verib. O, danışıqların uğurla getdiyini bildirib.
Fernandes yaxın zamanlarda bu futbolçularla yeni müqavilə bağlanacağını
vurğulayıb:
"İnyesta ilə Messi tezliklə yeni müqaviləni imzalayacaqlar. İnyesta
bildirib ki, mövsümün sonuna qədər gözləyəcək. O, dünya ikonasıdır. Ona görə də
onun qərarı ilə razılaşmalıyıq.
İnyesta ciddi və böyük hörmətə layiq insandır. Əgər o, mövsümün
sonunda danışıqlar aparmaq istəyirsə, belə də olacaq. Messi ilə müqavilənin də
nə vaxt imzalanacağına klub qərar verəcək. Proses irəliləyir, ancaq danışıqlar
da vaxt aparır”.