• cümə, 29 Mart, 16:45
  • Baku Bakı 14°C

Onlar rənglərin dili ilə danışırlar – Reportaj

27.05.16 11:59 2282
Onlar rənglərin dili ilə danışırlar – Reportaj
Yolumuz bu dəfə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinədir. Belə ki, Rəssamlıq fakültəsində "Rəngkarlıq” ixtisası üzrə 1-ci kurs tələbələrinin qonağı olduq.
Universitetə daxil olarkən tənəffüs idi. 8 nömrəli otağın qarşısından keçərkən fasilə zamanı belə, öz əsərləri ilə məşğul olan tələbələr diqqətimi çəkdi. Onlar qarşılarında duran tablolara baxır, fırça ilə çəkdikləri əsərlərlə sanki danışırdılar. Otaqda rənglər, fırçalar, tablolar, əsərlər və s. əsl yaradıcılıq atmosferi yaradırdı.
Qrupun qızlardan ibarət olan 5 nəfərlik heyəti bir-biri ilə söhbət edirdi. İlk olaraq onlarla tanış olduq: Hüseynzadə Səbinə, Qasımova Sevda, İsmayıllı Pərvanə, Əsədullayeva Ülkər və Züleyxa İbad qrupun çalışqan qızlarıdır. Dərs başlamamışdan əvvəl qızlarla bir az söhbət etdik. Bildirdilər ki, bu ixtisasa sevərək gəliblər. Gələcəkdə də məhz bu sahədə çalışmaq istəyirlər. Seçdikləri sənətdən heç də peşman deyillər.
Söhbət zamanı tələbələr bildirdilər ki, rəngkarlıq sənətinin tarixi çox qədimlərə gedib çıxır.Azərbaycanın rəngkarlıq, təsviri sənət məktəbi dünyada layiqli yer tutub. Azərbaycan rəssamları, Azərbaycan xalqıAvropa rəngkarlıq məktəbinə yaxınlaşıb. Bu, həm intibah dövrünün, həm də sonrakı dövrlərin sənət ustalarının təsiri altında baş verib. Rəngkarlıq ixtisasını bitirən hər bir tələbə gələcəkdə rəssam, dizayner və bu kimi digər işlərdə çalışa bilər. Bir sözlə, insanı çörəksiz qoyan peşə deyil.
Nəhayət, zəng vuruldu və ixtisas müəllimi Səbuhi Abdullayev dərsə daxil oldu. "Rəngkarlığın texnikası” dərsi idi. Müşahidəçi olduğumuz dərs prosesində onların mövzuları isə "Klassik rəssamlarla işləmə texnikası” idi. Tələbələr seçdikləri personajları əllərindəki telefonda izləyib, birəbir onun eynisini canlandırmağa çalışırdılar. Bu işdə müəllimləri də onlara yol göstərir, əsərin incəliklərini onlarla birgə işləməkdən çəkinmirdi. S.Abdullayev işləyə-işləyə ona ünvanlandığımız sualları da cavablandırırdı.
Müəllim sözə ilk olaraq rəngkarlıq terminini açmaqla başladı. Bildirdi ki, rəngkarlıq yağlı boya texnikası ilə inkişaf edib. Yağlı boya texnikası hələ qədim zamanlardan taxta heykəltəraşlığının boyama prosesi ilə bağlıdır. Müasir dövrdə də bu texnikanın çiçəklənməsi və inkişafı ümumi incəsənətə böyük təsir göstərib. Hazırda işlənən dəzgah rəngkarlığı adətən emalatxanalarda, dəzgah üzərində həyata keçirilir. Sadə rəssam dəzgahı Molbert adlanır. Belə əsərlər binaların daxilində saxlanılır. Ağacdan düzəldilmiş lövhə, kətan və ipək, kağız və karton üzərində çəkilir.
Müəllim deyir ki, universitetə daxil olan tələbələr hər şeyə ilk olaraq işin əlifbasından başlayıb: "Biz tələbələrə hər şeyi lap əvvəldən - sıfırdan başlayaraq öyrətməyə çalışırıq. Bizim tələbələrimiz də çox istedadlıdırlar. Rəngkarlığa böyük maraqları olduqları üçün onlarla işləmək çox rahatdır: "Davamlı olaraq öz üzərlərində işləyib, nələrsə etməyə çalışırlar. Onlar hər dəfə mövzuya uyğun rəsmlər seçirlər, çox vaxt da mən onlara tövsiyələr edirəm. Ancaq dərs prosesi çərçivəsində könül dünyalarına uyğun əsərlərə də müraciət edirlər. Əsas odur ki, onlar seçdikləri əsərlərlə fantaziyalarını çatdıra bilsinlər. Ümumiyyətlə, rəssamlıq elə sənətdir ki, digərlərindən seçilir. Rəssamları digər sənət adamlarından fərqləndirənbirçoxxüsusiyyətlərivar. Ən əsasıodurki,onlargözlə görünməyən obrazları belə, cızırlar.Musiqikimi, rəsm də duyğuların cilalanmış həmportreti, həm də mənzərəsidir. Rəssamlıqdaincəsənətin digər növlərikimi,dahagenişauditoriyanın marağını özünə çəkir və məkanını genişləndirir. Klassiksənət cərəyanınınintibahdövründənbaşlayaraqbugünə qədər dəbdən düşməməsi, yeniliklərin əlavə edilməsi dəonunuzunömürlülüyünə xidmətedir.LeonardoDaVinçi,Mikelancelo,Botçelli, Rembrant, Buonorotti,Rubensvəs.kimiklassiklərin yaratdığı sənət nümunələritəkcə təmsiletdikləri xalqındeyil,dünyamədəniyyətininnadirincilərihesabedilir. Bu sənətdə gərək özün özünü öyrədəsən. Hətta orta əsrlərdə yaşayan rəssamlar da sizin müəlliminiz ola bilər. Belə ki, dünyanın istənilən rəssamını özünüzə müəllim seçmək şansınız var. Onların əsərlərinə baxıb, onlar kimi yarada bilərsiniz”.
Tələbələrin keçdikləri mövzuya uyğun çəkdikləri əsərlər ayda iki dəfə digər pedaqoqlar və müəllimlər tərəfindən izlənilıb, qiymətləndirilir. Bir mövzunu keçib başa vurmaq onlara 1-2 aya başa gəlir. Ancaq elə işlər var ki, üzərində 1 il işləməli olurlar. Müəllim deyir ki, 2-3 dərsə bir mövzunu bitirdikləri vaxtlar da olub. Ancaq normada bir aya bir mövzunu bitirməlidirlər.
Müəllimdən indiyə kimi bu işi bacarmayıb, universitetdən xaric olan tələbələrin olub-olmamasını da xəbər aldıq. Məlum oldu ki, bu günə qədər heç bir tələbə bu işi bacarmadığına görə cəzalandırılmayıb. Universitetə gələn tələbələr heç də peşəkar olmurlar. S.Abdullayev deyir ki, hər kəs bu təhsil ocağına öyrənməyə gəlir. Rəngkarlıq onların ixtisasıdır. Əgər onlar bu sahəni seçiblərsə, dizayn, interyeri də bilməlidirlər.
Dərs prosesinin sonunda gənc rəssamlarımız və onların müəlliminə uğurlar arzulayaraq, məmnun halda təhsil ocağını tərk etdik.

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər