• şənbə, 20 Aprel, 06:26
  • Baku Bakı 14°C

“Onda bütün ABŞ xoşbəxt olacaq”

24.03.18 12:31 615
“Onda bütün ABŞ xoşbəxt olacaq”
İngiltərənin "Mançester Yunayted” klubu ilə yollarını ayıran Zlatan İbrahimoviç ABŞ-ın "Los Anceles Qalaksi” klubuna keçib.
Kaspi.az xəbər verir ki, İbra keçirdlə bağlı fikirlərini bildirib. İsveçli futbolçu oyunu ilə MLS-ə çox şey verə biləcəyini deyib:
""Los Anceles Qalaksi”yə ona görə keçdim ki, bura mənə uyğun yerdi. ABŞ-ın ən yaxşı komandasına keçmək qərarı verərkən, heç bir tərəddüd yox idi.
Təzyiq? Mən özüm özümə təzyiq edirəm. Bu keçiddən çox böyük gözləntilərim var. Hesab edirəm ki, oyunumla MLS-ə çox şey verə bilərəm. Ümid edirəm ki, hər şey mən istəyən kimi olacaq.
Onda bütün ABŞ da xoşbəxt olacaq. Hara getmişəmsə, qalib gəlmişəm, burda da qalib gəlmək istəyirəm. Başqa yerdi, amma həmin Zlatandı”.
banner

Oxşar Xəbərlər