• cümə axşamı, 28 mart, 23:37
  • Baku Bakı 13°C

Ona vurduğu zərbə ilə qürurlanmır

04.09.17 11:45 2423
Ona vurduğu zərbə ilə qürurlanmır
"Real”ın baş məşqçisi Zinəddin Zidan DÇ-2006-ın finalında keçirilən İtaliya ilə oyunda Marko Materatsiyə vurduğu kəllə zərbəsi barədə danışıb.
Kaspi.az xəbər verir ki, Zidan o zərbə ilə heç bir qürur duymadığını deyib. O, bu hərəkəti ilə komanda yoldaşlarını pis vəziyyətdə qoyduğunu, gənclərə yaxşı nümunə olmadığını etiraf edib:
"Materatsiyə vurduğum zərbə ilə qürurlanmıram. Bu hərəkətlə komanda yoldaşlarımı pis vəziyyətdə qoydum. Gənclərə, futbolu yaxşı yöndə dəyişmək istəyən insanlara pis nümunə oldum.
Ancaq bu hadisə mənim karyeramın bir hissəsidir. Pis hərəkət olsa da, bunu qəbul etməli və dözməlisən”.
Zidan Materatsiyə kəllə vurduğu üçün meydandan qovulmuş, İtaliya yığması isə penalti seriyasında qalib gələrək dünya çempionu olmuşdu.
banner

Oxşar Xəbərlər