• çərşənbə, 24 Aprel, 16:44
  • Baku Bakı 27°C

Ona qarşı hücum Madriddən sifariş edilib

11.06.18 14:10 887
Ona qarşı hücum Madriddən sifariş edilib
"Barselona”nın futbolçusu Lionel Messi İspaniyanın vergi orqanı ilə yaşadığı problem barədə danışıb.
Kaspi.az xəbər verir ki, Leo bu problemin süni surətdə yaradıldığını deyib. O, sifarişin Madriddən gəldiyini də iddia edib:
"Həmin il mənim üçün çətin oldu. Ailəm, atam, yaxınlarım haqqında yazılanları izləmək o qədər də asan deyildi. Ancaq mən depressiyaya düşmədim.
Hiss edirdim ki, mənə hücum edirlər. Ancaq Barselonada, Kataloniyada insanlar, yerli jurnalistlər mənə dəstək oldular. Bu da məni sakitləşdirirdi.
Bəli, bu, sifariş idi. Hücum etmək, məni sancmaq, ruhdan salmaq, zəiflətmək. Ancaq mən bu yolu keçə bildim. Çünki başa düşürdüm ki, sifariş Madriddən gəlib”.
Messi 2007-2009-cu illərdə 4 milyon avronu vergidən yayındırmaqda ittiham olunurdu. Məhkəmə ona 21 ay şərti həbs cəzası kəsmişdi. Ancaq sonradan bu cəza cərimə ilə əvəzləndi.
banner

Oxşar Xəbərlər