Ona irad bildirib, yaxşı da cavab alıb
İspaniya çempionatının 31-ci turunda keçirilən "Malaqa” - "Barselona”
qarşılaşmasında (2:0) maraqlı olay yaşanıb.
Kaspi.az xəbər verir ki, qarşılaşmanın fasiləsində Luis Suares
"Barselona”nın qapısına qol vuran və bunu çılğınlıqla qeyd edən Sandro Ramiresə
yaxınlaşaraq, onun qulağına nəsə deyib. Ramires "Barselona”da çıxış edib.
İspaniya mətbuatı onların dialoqunu müəyyənləşdirə bilib.
Suares Ramiresə "sənə çörək verən klubu unutma” deyib. Sandro isə
cavabında "indi də mənə çörəyi "Malaqa” verir deyib.
Ramires "Barselona” məktəbinin yetirməsidir. O, bu komandanın əsas
heyətində 2014-cü ildə debüt edib. "Barsa”nın heyətində 32 rəsmi oyunda 7 qol
vurub. Sandro "Malaqa”ya 2016-cı ilin yayında azad agent kimi keçib.