• cümə, 19 Aprel, 09:39
  • Baku Bakı 13°C

Ona heç kim heç nə deməyib

23.07.20 11:15 955
Ona heç kim heç nə deməyib
"Milan"ın futbolçusu Zlatan İbrahimoviç dubl etdiyi "Sassuolo" ilə oyun (2:1) və klubdakı gələcəyi haqda danışıb. Kaspi.az xəbər verir ki, o, İtaliya mətbuatına açıqlamasında deyib:
"Yaxşı futbol nümayiş etdirən bir komanda ilə çətin matçda qalib gəldik. Bu oyunda uğur qazandıq, amma mövsüm hələ bitməyib. Hədəfimizə doğru irəliləyirik. Beşinci yeri tutmaq istəyirik.
Hələ üç matçımız var və klubla müqaviləm 10 gündən sonra bitir. Heç kim mənə heç nə deməyib və mən heç nə gözləmirəm. Pioli haqqında heç nə bilmirdim, hər gün yeni bir şey öyrənirəm".
Qış transfer pəncərəsində "Milan"a qayıdan 38 yaşlı hücumçu 17 matçda 8 qol vurub, 4 qolun ötürməsi verib.
banner

Oxşar Xəbərlər