• cümə axşamı, 28 mart, 17:36
  • Baku Bakı 16°C

Ona görə 40 milyon avro ödədilər

08.06.18 10:25 692
Ona görə 40 milyon avro ödədilər
Braziliya yığmasının vingeri Duqlas Kosta karyerasını yenə də A seriyasında davam etdirəcək.
Kaspi.az xəbər verir ki, "Yuventus” Duqlasın transfer hüququna sahib çıxıb. Müqavilə ilə "Bavariya”ya məxsus olan futbolçu "Yuve”də icarə əsasında çıxış edirdi.
Turin nəhəngi onun müqavilə hüququnu almaq üçün "Bavariya”ya 40 milyon avro ödəyib. Məbləğ 2 il müddətində ödəniləcək.
"Bavariya” daha 1 milyon avronu bonus şəklində ələdə edə bilər. Futbolçu ilə 2022-ci ilin iyununa qədər müqavilə imzalanıb.
Duqlas "Yuventus”dakı debüt ilində 47 oyun keçirib, 6 qol vurub, 14 qol ötürməsi edib.
banner

Oxşar Xəbərlər