• çərşənbə axşamı, 23 aprel, 16:39
  • Baku Bakı 24°C

On min abituriyent hələ ixtisas seçimi ərizəsini təsdiqləməyib

12.08.13 13:53 1195
On min abituriyent hələ ixtisas seçimi ərizəsini təsdiqləməyib
Təxminən 10000 abituriyent hələ də ixtisas seçimi ərizəsini təsdiqləməyib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından(TQDK) APA-ya verilən xəbərə görə, hazırda ali məktəblərə müvafiq ixtisas qruplarından müsabiqə şərtini ödəyən abituriyentlər ixtisas seçimi edirlər. Proses internet vasitəsilə gedir və avqustun 15-i gecə saat 12:00-a qədər davam edəcək.
Bu gün saat 14:00-a olan məlumata görə, 26211 nəfər ixtisas seçimi ərizəsini təsdiqləyib. I qrupda 8808, II qrupda 6880 nəfər, III qrupda 8350, IV qrupda 2173 nəfər ixtisas seçimi ərizəsini dolduraraq təsdiq ediblər.
banner

Oxşar Xəbərlər