• cümə axşamı, 28 mart, 16:43
  • Baku Bakı 16°C

"On dördüncü adam" romanının təqdimatı və imza günü keçirilib

08.12.17 17:43 3711
"On dördüncü adam" romanının təqdimatı və imza günü keçirilib
TEAS Press Nəşriyyat Evi və LIBRAFF kitab mağazaları şəbəkəsinin təşkilati dəstəyi ilə detektiv əsərlər müəllifi Elxan Elatlının "On dördüncü adam" romanının təqdimatı və imza günü keçirilib.

TEAS Press Nəşriyyatı Evi tərəfindən Elxan Elatlının işıq üzü görən "On dördüncü adam” romanı bir insanın gəncliyində buraxdığı səhv ucbatından yaşadığı faciəli həyatdan bəhs edir. Yeni milli bestseller detektiv süjet üzərində qurulsa da burada Tanrıya münasibət, insanın öz taleyində daşıdığı rol və məhəbbət mövzuları ön plana çəkilib. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Populyar Azərbaycan yazıçısı Elxan Elatlı qələmini müxtəlif janrlarda sınasa da, daha çox detektiv romanlar müəllifi kimi tanınır.

Yazıçının indiyədək 25 kitabı işıq üzü görüb. Onların dördü şeir, ikisi riyazi məntiq, biri qəhrəmanlıq romanı ("Qisas gecəsi”), digəri isə psixoloji romandır ("Mərtəbələr”). Daha 17 detektiv nəsr əsərinin müəllifi olan Elxan Elatlı "Xəyanət” romanından sonra detektiv yazıçı kimi tanınmağa başlayıb. İrihəcmli "Qan ləkəsi” romanı və oradakı hadisələrin müəyyən mənada davamı olan "Cəhənnəmdən gələn səs” romanı vətənpərvərlik tərbiyəsi baxımından qiymətli əsərlər hesab olunur. Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm” mükafatı laureatıdır.



banner

Oxşar Xəbərlər