• cümə, 19 Aprel, 11:43
  • Baku Bakı 13°C

On birinci Beynəlxalq Uşaq Muğam Festivalının qalibləri mükafatlandırılacaq

08.10.19 10:45 806
On birinci Beynəlxalq Uşaq Muğam Festivalının qalibləri mükafatlandırılacaq
Oktyabrın 9-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan da daxil olmaqla 9 ölkə (Türkiyə, İran, İraq, Misir, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan) təmsilçisinin iştirakı ilə 11-ci Beynəlxalq Uşaq Muğam Festivalı finalçılarının çıxışları və qaliblərin mükafatlandırma mərasimi keçiriləcək.
Festivalın təşkilat komitəsindənAZƏRTAC-a bildirilib ki, xaricdən gələn gənc istedadlarla yanaşı, həmin ölkəni bir mütəxəssis də təmsil edəcək, o eyni zamanda, beynəlmiləl tərkibli münsiflər heyətinin üzvü olacaq. Münsiflər heyətinin sədri Azərbaycanın Xalq artisti, professor, görkəmli tarzən Ağasəlim Abdullayevdir.
Finalçılar münsiflər heyəti tərəfindən müəyyənləşəcək. Bütün ifaçılar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi adından sertifikat və xatirə hədiyyələri ilə mükafatlandırılacaq. Qaliblər isə xüsusi diplom və qiymətli hədiyyələrlə təltif olunacaq.
Bundan başqa Azərbaycanın Mədəniyyət Nazirliyi tərəfindən 3 əcnəbi ifaçıya ayrı –ayrı nominasiyalara uyğun xüsusi diplom və qiymətli hədiyyə təqdim ediləcək.
banner

Oxşar Xəbərlər